Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

Prezidentliyə namizəd ABŞ səfirliyini Təl-Əvivə qaytaracağına söz verdi

İşğalçı İsrailin baş nazirini isə “irticaçı və irqçi” adlandırdı...


ABŞ prezidentliyinə namizəd Berni Sanders İsrailə dair planlarından danışıb.

İsrail mediasının verdiyi xəbərdə belə deyilir.

Cənubi Karolinadakı seçkiöncəsi debatlarda çıxış edən və prezident seçiləcəyi təqdirdə Amerika səfirliyini Qüdsdən Təl-Əvivə qaytarıb-qaytarmayacağına dair sualı cavablandıran Sanders deyib:
"Cavab belədir – bu, bizim hesaba alacağımız bir məsələdir...”

Müsəlmanların da müdafiə etdiyi namizəd daha sonra bəyan edib:
“Lakin əsas məsələ bu məqam deyil. Yəhudi olmağımla çox qürur duyuram. Hətta bir neçə ay İsraildə yaşamışam. Ancaq bu saat irticaçı irqçi Bibi Netanyahunun sayəsində baş verənlər çox kədərli və faciəli bir şeydir...”
214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP