Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

Sumqayıtda 2 qardaş bıçaqlanıb

Sumqayıtda bıçaqlanma ilə nəticələnən dava baş verib.

Şəhər ərazisində bir neçə nəfərin iştirakı ilə kütləvi dava qeydə alınıb. Dava sonda qanla nəticələnib. Belə ki, 20-ci məhəllə sakinləri olan 2 qardaş - 1975-ci il təvəllüdlü Məmmədov Valeh Əbülfət oğlu və 1980-ci il təvəllüdlü Məmmədov Ramiz Əbulfət oğlu bıçaqlanıblar. Müxtəlif dərəcəli bıçaq yarası alan qardaşlar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.
185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP