Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Ukraynanın müvəqqəti prezidenti seçildi

Ukrayna Ali Radası fevralın 23-də bir sıra mühüm qərarlar qəbul edib.
Radanın qərarı ilə ölkə prezidentinin səlahiyyətləri spikerə həvalə olunub. Bununla da, Radanın dünən seçilmiş sədri Aleksandr Turçinov 25 may, növbədənkənar seçkilərə qədər Ukraynanın prezidenti səlahiyyətlərini icra edəcək.

Ali Rada ölkənin xarici işlər naziri əvəzi Leonid Kojaranın bu vəzifədən azad edilməsi barədə qərar verib. Ukraynanın “espreso.tv” portalı isə dipkorpusa istinadla xəbər yayıb ki, Kojara XİN-in maliyyə sənədlərini də götürərək yoxa çıxıb.

Radanın qərarı ilə təhsil və səhiyyə nazirləri də vəzifələrindən azad ediliblər.

Radanın başqa bir qrərarı isə Yanukoviçin vaxtında qəbul olunmuş “Dövlət dili siyasəti” haqda qanunun ləğvi barədə olub. Bu qanun azlıq xalqın 10 faizdən yuxarı olduğu regionlarda həmin xalqın dilinin ikinci dövlət dili kimi işlədilməsinə imkan verirdi.

Ali Radada bu gün baş nazirin seçiləcəyi də gözlənilir. Namizədlər kimi Yuliya Timoşenko, Arseniy Yatsenyuk və Pyotr Poroşenkonun adları hallanıb. Lakin “Batkivşina”dan deputat Tomenko jurnalistlərə deyib ki, Timoşenkonun baş nazirliyə namizəd olmayacağı haqda rəsmi məlumata malikdir.
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07
Şeyx Əbdül qiymət art