Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

Terrorçular İdlibdə məğlub olduqlarını etiraf edirlər-İŞİD-in taleyinə düçar oluruq

Suriyanın şimalında terrorçulara yaxın mənbələr terrorçu qrupların ordu qüvvələri qarşısında öz məğlubiyyətlərinə etiraf etməklə yanaşı Türkiyənin cəbhə dəstəyi, habelə hərbi texnika və silah-sursatının da onları xilas edə bilmədiyini, İŞİD-in taleyinə düçar olduqlarını deyiblər.
“Əl-Qudsul-ərəbi” yazıb:
Cəbhə müşahidəçiləri Suriya ordusunun bu ölkənin şimalında terrorçulara qarşı hərbi əməliyyatları, Hələb və İdlibdə 100-dən çox şəhər və kəndi azad etməsi terror qruplarının, əsasən də ən mütəşəkkil qrup olan Cəbhətun-nusrə terrorçularının hərbi və idari cəhətdən məğlub olduğunu göstərir.
Terrorçu qrupların sərkərdələrindən sayılan Qəhtan əl-Dəməşqi “Əl-Qudsul-ərəbiyyə” müxbirinə Cəbhətun-nusrə və onunla müttəfiq olan terror qruplarının Suriya ordusu qarşısında məğlubiyyətinin səbəblərindən danışıb.
Əl-Dəməşqi Rusiya və İranla müttəfiqliyin Suriya ordusuna güc verməsini, habelə Cəbhətun-nusrə qrupunun hərbi taktikalarının ifşa olunmasını terrorçu qrupların əsas məğlubiyyət səbəbi adlandıraraq deyib: “Ruslar İdlibdəki silahlı qrupların taktikalarını əzbər bilirlər və onları necə məğlub etməyi də yaxşı bilirlər.”
Əl-Dəməşqi terrorçu qrupların arasındakı parçalanma, ixtilaf və zəifləmələri bu qrupların məğlubiyyətinin digər bir səbəbi adlandıraraq deyib: “Suriya ordusunun nəfəskəsən və dayanmadan hücumlarının nəticəsində silahlı qruplar əldən düşüb.”
Cəbhətun-nusrənin digər sərkərdəsi Əbu Süleyman əl-Homsi da qəzetə müsahibəsində Suriya ordusunun irəliləməsi nəticəsində yüzlərlə terrorçunun məhv edilməsini etiraf edərək deyib: “Rusiya və İranın Suriya ordusu ilə fəal əməkdaşlığı İdlibdə silahlı qrupların məğlubiyyətinə səbəb oldu.”
184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP