Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

Suriya artilleriyası bu ölkəyə soxulmuş Türkiyə konvoyunu vurdu

Suriya ordusu bu gün (çərşənbə) səhər saatlarında Əl-Barə-Kənsəfrə yolunda Türkiyənin hərbi konvoyunu atəşə tutub.
“Əl-Elamul-hərbi” informasiya mərkəzinin verdiyi xəbərə görə, bu artilleriya hücumu nəticəsində 8 təcavüzkar ağır yaralanıb və bir tank məhv edilib.
Bazar ertəsi də Suriya və Rusiya qırıcılarının Türkiyənin Kənsəfrədəki müşahidə postuna hücumu nəticəsində 10 türkiyəli təcavüzkar məhv edilmiş və yaralanmışdı. Türkiyə bu məntəqədən terrorçulara artilleriya dəstəyi verir.
Mərkəzi Londonda yerləşən müxalifətə aid insan haqları təşkilatı Suriya ordusunun ötən 60 saatda İdlib və Hələbdə 30 kənd və qəsəbəni terrorçulardan azad etdiyini etiraf edib.
179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP