Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

İdlibdə terrorçuların ən keçilməz qalası azad olundu

Suriya Ordusu və Silahlı Qüvvələrinin Baş Qərargahı İdlibin cənubunda aparılan son əməliyyatlar barədə bəyanat yayıb.
Bəyanatda deyilir: “Suriya ordusu İdlibin cənub bölgələrində mühüm nailiyyətlər əldə edib və terrorçu qrupları çoxlu canlı və maddi itkilərə məruz qoyub.”
Suriyanın “SANA” rəsmi xəbər agentliyi bəyanatla yanaşı bildirib ki, Suriya hərbçiləri son bir neçə gündə Kəfər Nəbəl, Kəfər Sicnə, Şeyx Mustafa, Hass, Məarrə Hurma, Deyr Sunbul, Deyr Kəbirə, Hizarin, Asar Şinşrah bu məntəqələrin bir hissəsidir.
Bəyanatda vurğulanır ki, bu məntəqələrin azad edilməsinin əhəmiyyətinin səbəbi İdlibin cənubunda terrorçuların özlərinin ən keçilməz qalası hesab etdiyi dərinlikdə, Şahşabo yüksəkliyi və Səhl əl-Ğab məntəqəsinin birləşdiyi dairədə olmasıdır. İdlib və Homa ətrafı Zaviyə dağı və Ərbəin dağı yüksəkliklərini Səhl əl-Ğaba birləşdirir.
Bəyanatda Suriya qüvvələri ölkənin bütün torpaqlarını terrorizm və onun hamilərindən təmizləməyi özünün milli vəzifəsi adlandırıb.
Qeyd edək ki, Suriya ordusunun son uğurları nəticəsində hal-hazırda Cəbhətun-nusrə terror qrupu Cəbəluz-Zaviyə məntəqəsində mühasirəyə alınıb.
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP