Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Bakıda atışma: Rəis müavini və oğlu yaralanıb

Polis rəisinin müavini və oğlu atışmada yaralandı, bir nəfər öldü

Bakıda polislə silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində Suraxanı rayonu Polis İdarəsinin rəis müavini, 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

F. Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyirlər.

Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Asif Nəzərovun Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır./apa/
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59