Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Bildiyiniz kimi artıq bir neçə ildir ki, ölkəmizdə möminlər arasında hz. Fatimə (s) günləri keçirmək adət halına keçir və bu məsələ öz yerini tutmaqdadır. Bu illəri (2014 cü il) hz. İslam Peyğəmbərinin əziz qızı, onun ürəyinin parası hz. Fatimənin (s) şəhadət günləri ölkəmizdə həmişə bayram keçirdiyimiz və çox xoşladığımız Novruz bayramı ərəfəsinə düşür. Mən şəxsən özüm belə fikirləşirəm ki, bayram keçirmək, şadlıq etmək düzgün deyil. Qeyd edim ki, bu təkcə mənim fikrim deyil artıq çoxlu möminlər belə düşünür. Onlar bir-birlərinə deyirlər ki, bu günlərdə bayramı bir-birimizə təbrik deməyək və bayram keçirməyək, şadlıq etməyək. Hz. Fatimənin (s) hörmətini saxlayaq və bu bayram keçirməkdən çox-çox üstündür. Hətta, bu günlərdə bəziləri qonaqlığa getməyi, qoz-fındıq almaq, şirini bişirmək kimi bayram tədarükü etməyi də düzgün hesab etmirlər. İndi mən bir dəstə möminlər adından yazaraq sizdən aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm: 1. Hz. Fatimənin (s) şəhadət günlərində bayram, şadlıq etməyi, bayram tədarükü görməyi, o cümlədlən bayram münasibətilə şəkərbura-paxlava kimi şirniyyatlar bişirməyi siz icazəli bilirsinizmi? 2- Bu günlərdə şadlıq-bayram etməyib, əzadarlıq etməyi şəxsi mövzu bilirsiniz, yoxsa ictimai? Yəni əgər görsək ki, bir nəfər Novruz bayram keçirir, şənlik-şadlıq edir, ona bu işi eləməməsini deməliyikmi? Şəhadət günləri olmasını ona xatırlatmalıyıqmı? Ümumiyyətlə, bu barədə bizə tövsiyəniz nədir?
Ad: Mehdi, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim

1. Xatırladaq ki, həzrət Fatimənin (s) şəhadət gününün (95 və 75 gün hədislərinə əsasən olan şəhadət günlərinin özü) Novruz bayramı gününə düşmür. Ona görə də bu ilki Novruz bayramında şadlıq etməyin, eybi yoxdur. Lakin şəhadət günlərinin özündə şəhadəti nəzərə almaq və bu məsələyə riayət etmək lazımdır.

2. Fatimiyyə günlərində (həzrət Fatimənin (s) şəhadət günləri) şadlıq-şənlik etmək haram olmasa da lakin, islami ürf və adət-ənənələr belə tələb edir ki, şəhadət günlərində qeyri-məntiqi və qeyri-şəri şənliklərdən çəkinilsin. Çünki Quran və rəvayətlər Peyğəmbərin (s) ailəsini sevməyi vacib etmişdir ("Şura" surəsi, ayə 23, "Hud" surəsi, ayə 29).

Sevginin də bır sıra lazimə və əsərləri vardır və sadiq, doğru sevgisi olan o kəsdir ki, sevginin ədəb və qaydalarını lazımınca yerinə yetirsin. Sevginin ən əsas laziməsindən biri budur ki, sevdiyin insanların qəminə şərik olasan, onlarla həmdərd olasan, şad günlərində də onların sevincinə şərik olasan və şad olmağını bildirəsən. Bu üzdən əhli-beytin (ə) şadlığında şad olmağa, qəmlərində qəmlənməyə təkid edən çoxlu hədislər vardır. Həzrət Əli (ə) buyurur: "Bizim şiələrimiz və ardıcıllarımız bizim şadlığımız və qəmimizə şərikdirlər, öz varlarından və canlarından bizim yolumuzda keçirlər. Onlar bizdəndirlər və qayıdacaqları yer bizik" ("Bihar əl-anvar", c. 1, səh 114). Digər bir hədisdə imam Sadiq (ə) buyurur: "Bizim şiələrimiz, vücudumuzun bir hissəsidirlər və bizim gilimizin artığından yarandılıblar. Bizim qəmləndirən işlər onları da qəmləndirir, bizi sevindirən işlər, onları da sevindirir" ("Bihar əl-anvar", c. 64, səh 76).

Əqli və şəri vəzifə belə tələb edir ki, əhli-beytin (ə) əzadarlıq günlərində qəmgin olaq. Necə ki, imamlarımız Məhərrəm ayında belə olardılar. İmam Rza (ə) Rəyan ibn Şəbibə sifariş edir ki, imam Hüseyn (ə) üçün əzadarlıq etsin ("Əmali-Səduq", səh. 130).

Əhli-beytə (ə), o cümlədən həzrət Zəhraya (ə) əzadarlıq etməyin həm şəxsi, həm də ictimai təsirləri vardır. Yəni şiə məktəbində və mədəniyyətində əzadarlıq mərifət əsasında olmalı olduğundan, əhli-beytlə (ə) həmdərd olmaq həqiqətdə onların fəzilətlərini, hədəflərini xatırlamaqdır. Beləliklə, insanı onlardan örnək götürməyə sövq edir.

Əlbəttə, qeyd edək ki, əhli-beytə (ə), o cümlədən həzrət Zəhraya (ə) əzadarlıq etməyin mənası heç də həmişə qara geyinib, qəmli olmaq mənasına deyil. Lazım olan budur ki, əhli-beytə (ə) əzadarlıq zamanı onların hörmət və müqəddəsliyini qoruyaq.

Bizim tövsiyəmiz budur ki, camaatımız ənənəvi Novruz bayramını keçirməklə yanaşı Fatimiyyə günlərinin də hörmətini saxlasınlar və biz inanırıq ki, belə olacaq.

Bu mövzunu yaxşı və incə yollarla başqalarına da çatdırmaq olar.

http://sual.nur-az.com/az/
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı