Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

“İranla “altılıq” ölkələri gələn həftə keçiriləcək

Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri gələn həftə keçiriləcək”

“İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri gələn həftə keçiriləcək”. Bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

İran rəsmisi danışıqların dəqiq vaxtını açıqlamasa da, müzakirələrin martın 3-7-də Vyanada keçiriləcəyi bildirilir.

Onun sözlərinə görə, danışıqlarda uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi, nüvə enerjisindən dinc istifadə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq:“Fevralın 17-19-da Vyanada keçirilmiş nüvə müzakirələrində fəaliyyət planı və proqramı müəyyənləşdirilib. Mən Cenevrə müqaviləsinin müddəti bitənədək İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın imzalayacağımıza ümid edirəm”.

A.Əraqçı ABŞ dövlət katibinin müavininin açıqlamasına da münasibət bildirib: “Vendi Şerman İranın uranın zənginləşdirilməsi haqqını etiraf edib. “İranda uranın zənginləşdirilməsi ilkin razılaşmaya uyğun olaraq məhdud çərçivədə davam etdirilir. Eyni zamanda bu məsələ yekun razılaşma zamanı da əsas müzakirə mövzusu olacaq”.

İran rəsmisi vurğulayıb ki, rəsmi Tehranın nüvə silahı istehsal etməsi və Qərb ölkələrinin uranın zənginləşdirilməsi prosesinə nəzarət etməsi məsələləri artıq müzakirələrin gündəmindən çıxıb: “Cenevrə razılaşmasında və Vyana müzakirələrində əsas müzakirə mövzularından biri də İranın nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlığından ibarətdir”.
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı