Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Yilya Timoşenko yenidən Ukraynanın baş naziri olmaq istəmədiyini bildirib

Ukraynanın keçmiş baş naziri Yilya Timoşenko yenidən ölkənin baş naziri olması üçün namzidəliyinin nəzərdən keçirilməsini istəmədiyini bildirib.

UNİAN-nın verdiyi məlumata görə, Timoşenko Ukraynanın baş naziri olmağa namizədlər arasında adının çəkilməsinə görə təşəkkür edib, lakin belə bir niyyəti olmadığını da bildirib.

O qeyd edib ki, bu vəzifəyə namizəd olması ilə bağlı heç kimlə müzakirə aparmayıb və bu açıqlama onunla razılaşdırılmadan verilib.

Qeyd edək ki, bu gün deputat Nikolay Tomenko baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyinin nəzərdən keçirildiyi barədə açıqlama verib.

Xatırladaq ki, Y. Timoşenko keçmiş prezident Viktor Yanukoviçlə görüşməsi barədə xəbəri də təkzib edib./apa/
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51