Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2020

Ərdoğan etiraf etdi: İdlibdə yüzlərlə əsgərimizi itirdik

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya torpaqlarına hücumda yüzlərlə əsgərini itirdiyini etiraf edib.

İşğalçılıq məqsədilə Suriya torpaqlarına soxulmuş, BMT tərəfindən terrorçu təşkilatı kimi tanınan Cəbhətun-nusrə kimi terrorçu qruplara dəstək verən, dinc əhalini bombalayan, insanları öz yurdlarından köçkün salan, bu ölkədə milli barışığa mane olan Ərdoğan, Suriya qüvvələrinin güclü müqaviməti ilə üzləşdi. Mediada böyük təbliğatına, şişirdilmiş rəqəmlərə baxmayaraq döyüş meydanında heç bir qələbə əldə edə bilməyən, üstəlik, olduqca ağır tələfata uğrayan, yüzlərlə əsgərinin olduğu 8 müşahidə postu müqavimət qüvvələri tərəfindən mühasirəyə alınan Ərdoğan, ABŞ və Avropadan da dəstək almaqdan naümid olduqdan sonra İdlibdə daha ağır itkidən qaçmaq üçün Rusiyaya yalvarmağa başladı. Sonda Putini barışıq üçün razı sala bilən Ərdoğan Rusiyaya getdi və burada ağır təhqirləri qəbul edib atəşkəs imzaladı.

Ərdoğan Moskvadan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında Suriyada ağır itkilər verdiyini öz dili ilə etiraf etməyə məcbur oldu. 

Ərdoğan deyib: “Biz ağır itkilər verdik və onlar yüzlərlədir. Biz xəbərdarlıq etdik lakin bu hücum dayandırılmadı.”
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP