Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Hökumət CNN kanalının fəaliyyətini yasaqladı

Venesuellanın paytaxtı Karakasda hökumət əleyhində aksiyaların çoxaldığı vaxtda prezident Maduro CNN kanalının bu ölkədəki 4 əməkdaşının akreditasiyasını ləğv edib.

Məlumata görə, bu barədə CNN açıqlama verib.

Xəbərdə bildirilib ki, Venesuella İnformasiya Nazirliyi CNN-in 4 əməkdaşının bu ölkədəki fəaliyyətinə xitam verib. Buna səbəb kimi dünyanın ən məşhur mətbu orqanlarından olan CNN-in ictimaiyyətə təhrikedici xəbərlər verməsi göstərilir.

Xatırladaq ki, CNN ötən il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun “Kazlıçeşmə” meydanında milyonlarla insanın iştirakı ilə keçirdiyi mitinqi hökumət əleyhində aksiya kimi göstərmiş və daha sonra buna görə üzr istəməyə məcbur olmuşdu./ans/
1770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP