Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

BDU tələbələri yenidən aksiya keçirəcək

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Qərarı tələbələr tərəfindən etirazla qarşılanıb. Fevralın 20-də Bakı Dövlət Universitetinin həyətində məlum qərara etiraz olaraq tələbələrin keçirtdiyi etiraz aksiyasından bir gün sonra adı çəkilən universitetin rektoru Abel Məhərrəmov tələbələrlə görüş keçirib. Tələbələrlə görüş zamanı Abel Məhərrəmov onların problemlərinin həlli istiqamətdə işlər görmək əvəzinə, əksinə onları hədələyib.

Deyerler.org-un məlumatına görə, rektor Abel Məhərrəmovun hərəkətlərinə, həmçinin tələbələrin irəli sürdüyü tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq tələbələr yeni aksiya təyin ediblər. Aksiya fevralın 24-də saat 13.30-da keçiriləcək.


Tələbələrin tələbləri aşağıdakılardır:
1)Kəsr üçün pul verməyək.
2)Universitet rəhbərliyi keçən etiraza görə tələbələri təhdid etməyi dayandırsın.
3)Akt zalındakı tədbirdən sonra tələbəni döyən universitet işçiləri cəzalandırılsın.

Tələbələr bildirirlər ki, tələblərimiz yerinə yetməyənə qədər hər həftə etirazlarımız davam edəcək.

Aksiya ilə əlaqədar tələbələr artıq Facebook sosial şəbəkəsində "event" də yaradıb.
1268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı