Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Moskva polisi miqrantları ev-ev axtaracaq

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi, general Aleksandr Yakunin ilin sonunadək şəhərdə qeyri-leqal miqrantları aşkar etmək üçün bütün evləri yoxlamağı əmr edib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Yakuninin əmri əsasında bütün sahə müvəkkilləri nəzarətlərində olan ərazilərdə bütün mənzilləri yoxlayaraq orada qeyri-leqal miqrantların yaşayıb-yaşamadığını müəyyən etməlidir.

“Şəhərdə qeyri-leqal miqrantların qala biləcəyi heç bir yer olmamalıdır” - deyə idarənin press-relizində bildirilir.

Yakunin həmçinin miqrantlar arasında narkotiklərə, içkiyə, cinayət törətməyə meylli olan şəxslərin nəzarət altına alınmaslnı əmr edib. Həmçinin onun əmri ilə Moskvanın qumarxanalarında nəzarət gücləndiriləcək. Bundan əlavə, küçələrdə polis naryadı artırılacaq.
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu