Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2020

Musəvi: İran dövləti və xalqı çətin günün dostlarını unutmayacaq

İran Xarici İşlər Nazirliyi koronavirusla mübarizədə İrana yardım edən ölkələrə minnətdarlıq bildirib. Bu ölkələr arasında Azərbaycan da var.

İran XİN-nin mətbuat katibi Seyid Abbas Musəvi Tvitter səhifəsində koronavirusla mübarizədə İrana yardım göndərən ölkələrə minnətdarlıq bildirərək yazıb: “Zərifin tvitləri və telefon əlaqələrinin ardınca, habelə İranın səfirliklərinin təlaşları nəticəsində Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Fransa və İngiltərədən əlavə, Yaponiya, Qətər, Azərbaycan və Rusiyadan da nağd və tibbi təchizat yardımları göndərilmişdir.”

Mətbuat katibi əlavə edib: “İran dövləti və xalqı çətin günlərin dostlarını heç vaxt unutmayacaq.”
Musəvi Çin dövlətindən əlavə bu ölkə xalqının da İran xalqına yardımlarını vurğulayıb.
O daha sonra yazıb: “Doktor Zərifin tvitlərindən sonra bir sıra ölkələr və təşkilatlar İrana tibbi yardımlar göndərəcəyi, ya satacağı barədə xəbər veriblər.”
145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP