Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Məhəmməd Əlinin əlcəkləri bu qiymətə satıldı

Boksçu Məhəmməd Əlinin karyerasında ilk dəfə çempion titulunu qazandığı matçda geyindiyi boks əlcəkləri 22 fevralda keçirilən bir auksionda satışa çıxarılıb. 836.5 min dollara alıcı tapan əlcək barədə Amerikanın Heritage Auctions auksion evinin saytında geniş xəbər verilib.

Auksiondan əvvəl Əlinin əlcəkləri üçün yarım milyon dollardan artıq verilməyəcəyi proqnozlaşdırılmışdı. Əlcək uğrunda 11 nəfər mübarizə aparıb. Amma auksion qalibinin kimliyi açıqlanmır. Lenta.ru saytı xəbər verir ki, Məhəmməd Əlinin ilk dəfə çempion titulu qazandığı yarış 1964-cü ildə Mayamidə baş tutub.
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı