Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2020

Rusiya və Türkiyə İdliblə bağlı razılığa gəldi – Açıqlama

Ankaradakı Rusiya-Türkiyə danışıqları konstruktiv keçdi, nəticələr Suriyanın İdlib bölgəsindəki bütün razılaşmaları həyata keçirməyə imkan verəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı açıqlamada bildirilib:

“Ankarada türkiyəli həmkarlarımızla aparılan danışıqlar konstruktiv şəkildə baş tutdu. Nəticələri bu il martın 5-də Moskvada Rusiya və Türkiyə prezidentləri arasında əldə olunan İdlib de-eskalasiya zonası ilə bağlı bütün razılaşmaları həyata keçirməyə imkan verəcək”.

Rusiya Müdafiə Nazirliyi martın 15-dən etibarən M-4 yolunda ilk ortaq Rusiya-Türkiyə patrulunun başlayacağını açıqlayıb.
392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP