Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2020

Ərdoğan İlham Əliyevə “qardaşım” deyə-deyə ona bənzədi. Mənsimovu kim həbs etdirdi?

Bir el məsəlində deyilir ki, atı atın yanına bağlasalar həmrəng olmasalar da həmxasiyyət olarlar. Bunu təbii ki, özlərini demokrat adlandıran, əslində isə diktator olan insanlar barəsində də demək olar.

Ərdoğan Türkiyədə baş nazir seçiləndən bəri demək olar ki, elə onun partiyası hakimiyyəti, dövləti, höküməti əlində bir topa çevirib. Uzun illərdir ki, öz partiya mənsubları gah prezident, gah baş nazir olurlar. Başqa sözlə desək hakimiyyəti bir top kimi bir-birinə ötürürlər. Bu cür vəziyyətdə Amerikanın Şərqdəki siyasətini birbaşa yerinə yetirən Ərdoğanın Türkiyə rəhbərliyindən getmək fikri yoxdur. Düzdür, nurçuların başçısı, Allaha yox Amerikaya sığınan FETÖ-nü terrorçu elan edib bədnam etdilər. Amma Ərdoğan vaxt gələcək xalq tərəfindən gec-tez devriləcək.

Bu admaın diktatorluğu haqda bircə o kifayətdir ki, artıq bir vaxtlar hakimiyyətə öz adamlarını yerləşdirən Ərdoğan vaxt gəldi həmin adamlar tərəfindən tərk edildi. Davudoğlu, Abdulla Gül Ərdoğanı məhz diktatorluğuna görə tərk etdilər.

O, artıq diktatorun yekələrindən sayılır. İlham Əliyevə “qardaşım” deyən bu adamın ölkəsində bu günlərdə azərbaycanlı bir biznesmen həbs edilib. Mənsimov haqqında deyirlər ki, xeyriyyəçidir, neçə insana yardım edib, məktəblər filan açdırıb. Bəs Ərdoğanın bu adamla nə işi ola bilər?

Bəli, Mənsimov neçə vaxtdır Azərbaycan hakimiyyətində təmsil olunan quldurları, oğruları ifşa edir, onlarla mübarizə aparırdı. Adı kimi mübariz olan bu insan nəhayət SOCAR rəhbərinin qəzəbinə tuş gəldi. Adamı FETÖ-çu elan edib həbs ediblər. Elə xeyriyyəçi olan insanlar Türkiyə və Azərbaycan hakimiyyətinin başçıları tərəfindən şərlənə bilərlər. 

Onun daha çox mübarizə apardığı insan Azərbaycan sərvətlərini talayan oğru Rövnəq idi. Hansıki elə FETÖ-dən müsahibə aldığı üçün bağladılan ANS-in müxbiri Amerikaya ezam olub qoca qurddan müsahibə alanda FETÖ – terrorbaşı bu insan demişdi ki, Azərbaycandan yanımıza socarçılar gəlirlər. İndi FETÖ-çunun böyüyü olan Rövnəqin Mənsimovun tələsini qurduğunu deyirlər.

O da deyilir ki, Mənsimov həbs edilməmişdən qabaq Əliyev “qardaşı” Ərdoğana zəng vurub – iki diktatorun Mənsimovun qeybətini qırdıqları qeyd edilir.
Bəli, artıq şərdoğan kimi anılan Ərdoğanla onun tayı olan Əliyevin belə bir şər işlə məşğul olması təəccüblü deyil. Zatən hər ikisi bir şərin iki haçasıdır.
507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP