Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

“Hafka”nın atletik Xocalı hap-gopu

Son bir neçə gündə az qala bütün ölkə mətbuatında belə xəbər dolaşdı ki, fevralın 23-də İspaniya La Liqasında oynanılacaq “Osasuna”-“Atletiko” (Madrid) oyununda qonaq komandanın futbolçuları meydana qara sarğı, yaxalarında qara lent çıxacaqlar və bu da Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün belə ediləcək.

Səbəb də sadədir: “Atletiko” klubunun sponsoru azərbaycanlı iş adamı, “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı olan “Hafka” Madrid klubuna 20 milyon avro sərmayə qoyub.

Amma bu deyilənlərin heç biri özünü doğrultmadı. Virtualaz.org saytının əməkdaşlarının müşahidəsinə görə, Madrid klubu futbolçuları meydana nəinki qara sarğı ilə çıxmadılar, hətta heç adicə sayğı duruşunda da dayanmadılar. Doğrudur, “Atletiko” oyunçuları kədərlidir. Amma bu, azərbaycanlı sponsorun vətənində yaşanan faciəyə görə deyil.

Amma uduzan təkcə bir klub deyil. Uduzan həm də neft pulları sağa-sola xərclənən, bu da azmış kimi ümidləri də əlindən alınan, hər fürsətdə aldadılan azərbaycanlılardır. Əgər “Atletiko” futbolçuları meydana qara sarğı ilə çıxmayacaqdılarsa, “Hafka” camaatı niyə aldadırdı? O, kimə kələk gəlirdi? Niyə gəlirdi? Bu hap-gopla ümumiyyətlə nə demək istəyirdi?
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45