Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2020

Koronavirusun müalicəsində önəmli gəlişmə: Xəstələri belə sağaltdılar - Şok

Avstraliyalı elm adamları hazırda mövcud olan iki dərmanın yeni tip koronovirusun (Kovid-19) simptomlarını müalicə edə biləcəyini açıqlayıb. Həkimlər sözügedən dərmanlar vasitəsilə xəstələrin sağaldığını, koronavirusun zərərsizləşdirildiyini iddia edib.

Bu barədə Avstraliyanın Kvinslend Universitetinin araşdırma qrupu məlumat yayıb.

Həkimlərin təklif etdiyi dərmanlardan biri QİÇS-ə səbəb olan virusu (HİV) zərərsizləşdirən dərmandır, digəri isə ağcaqanadlardan qaynaqlanan xəstəliklərə qarşı istifadə olunan xloroxindir, yəni malyariya dərmanı...

Professor Devid Peterson hər iki dərmanı mart ayının sonuna qədər koronavirusun müalicəsi ilə bağlı apardığı elmi işə əlavə edəcəyini bildirib.

O, sözügedən dərmanları ölümcül tənəffüs yolu infeksiyasının müalicəsində istifadənin yanlış olmayacağını söyləyib.

Peterson Avstraliyadakı ilk koronavirus daşıyıcılarına bu iki dərmanın birləşməsini verdiyini və virusun yoxa çıxdığını iddia edib.
320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP