Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2020

Yəmən ordusundan böyük qələbə: Cəvf əyaləti işğaldan azad edildi - Foto

Yəmən ordusu və xalq komitələri Cəvf əyalətini təcavüzkar Ərəbistan koalisiyasının işğalından azad edib.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii mətbuat konfransında xəbər verib.
“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəhya Sərii deyib: “Bu əməliyyatın uğurlu olmasını elan edirik. Allahın yardımı ilə Cəvf əyaləti azad edildi və bizim qüvvələrin mövqeləri gücləndi.”
Y. Sərii əlavə edib: “Düşmən qüvvələri Cəvf əyalətini 6-cı məntəqə adı ilə tamamilə hərbiləşdirilmiş bir məntəqəyə çevirmişdi, üstəlik orada sələfi muzdurlrı və polis qüvvələrindən ibarət 6 briqada, 3 tabor yerləşdirmişdi.

Əməliyyatların davamında düşmən Ərəbistan əsasən Nəcran, Cazan və Əsir əyalətlərindən olan yüzlərlə muzdlunu bu döyüşə göndərdi və 250 hava hücumu təşkil etdi.”
Mətbuat katibi Cəvf əyalətinin azad edilməsində Yəmən ordusunun apardığı əməliyyatların detallarını da açıqlayaraq deyib: “Bu əməliyyatda Nikal, Qasim, Bədr raketlərindən istifadə olundu. PUA-lar vasitəsilə 54 əməliyyat həyata keçirildi. Onlardan 33-ü Ərəbistanın hərbisini və iqtisadiyyatına qarşı oldu. Bu əməliyatlarda düşmən çoxlu canlı itkilər verdi, hərbi və neft-qaz təsisatlarına ağır ziyan dəydi.
Düşmən PUA-lar vasitəsilə endirdiyimiz zərbələri, onların nəticələrini gizlədə bilməyəcək. Uyğun vaxtda Ərəbistanın daxilində apardığımız əməliyyatlarn təfərrüatları barədə daha geniş açıqlama verəcəyik.”
General Yəhya Sərii Cəvf əyalətinin azad edilməsində bu əyalətin əhalisinin də silahlı qüvvələrə böyük köməyindən danışaraq onlara öz minnətdarlığını bildirib.

Cəvfin azad olunması əməliyyatında düşmənin canlı itkilərinə toxunan mətbuat katibi deyib: “Bu əməliyyatda indiyə kimi düşmənin 1200 muzdlusu məhv edilmiş və yaralanmışdır, çoxlu əsgəri əsir düşmüşdür. Düşmən qüvvələrindən çoxu bizim öz döyüşçürlərimizə qaçanlara atəş açmamaq barədə əmr verdiyimizi bildikləri üçün döyüşdən qaçmışdır və əsgərlərimiz onlara atəş açmamışdır. Habelə düşmən komandirləri geri çəkilmək istədikləri barədə bizə xəbər vermişdir və bizim qüvvələrimiz bu işdə onlarla əməkdaşlıq etmişdir.”



 

212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP