Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2020

Koronavirusa qarşı 77 maddə tapıldı

Dünyanın ən sürətli superkompüteri olan "Summit" koronavirusun yayılmasının qarşısını alan 77 kimyəvi maddə tapıb.

Bu barədə məlumatı Sputnik yayıb.

İddia edilib ki, 8 mindən çox simulyasiya nəticəsində aşkar edilən 77 kimyəvi maddə koronavirusa qarşı peyvənd hazırlanması prosesində əhəmiyyətli rol oynayacaq.

Tədqiqatçılar araşdırmanın təsirli peyvənd yaratmaq üçün perspektivli addım olduğunu bildirərək, onu “ChemRxiv” jurnalında dərc ediblər.

Həmçinin o da bildirilib ki, araşdırma qrupu yeni bir model ilə simulyasiyaları təkrarlayacaqlar. Növbəti addımda isə aşkar edilən kimyəvi maddələrin hansının daha yaxşı nəticə verdiyini bilmək üçün eksperimental tədqiqatlar aparılacaq.
325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP