Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2020

Liviyada Türkiyə dəstəkli 143 terrorçu öldürüldü

Mərkəzi Londonda yerləşən Suriya müxalifətinə aid insan haqları təşkilatı şənbə günü verdiyi açıqlamada Türkiyənin Suriyadan Liviyaya göndərdiyi terrorçulardan 143 nəfərin öldürüldüyünü bildirib.
Açıqlamada deyilir: “Liviyada hərbi əməliyyatlarda Türkiyə dəstəkli qruplardan ölənlərin sayı artaraq 143 nəfərə çatıb. Bunlar Livaul-Mutəsəm, Sultan Murad briqadası, Səquruş-şimal briqadası, Əlhəməzat və Süleyman şah qruplarının üzvləridir.”
Son bir neçə həftə ərzində məhv edilmiş bu terrorçular əsasən, Həyy Səlahəddin, Ər-Rəmlə, Məşruun-həzbə, Misratada gedən döyüşlərdə iştirak etmişdir.
İnsan haqları təşkilatı həmçinin bildirib ki, Türkiyə Liviyaya göndərdiyi muzdurların məvacibini azaltmışdır və bunun səbəbi onların təyin edilmiş saydan (6 min nəfər) çox olmasıdır.
312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP