Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Zəvahirinin Suriya təmsilçisi öldürüldü

Zəvahirinin Suriya təmsilçisi Əbu Xalid "İŞİD" tərəfindən öldürüldü

"Əhrarus Şam" adlı terrorçu qruplaşmanın lideri, "Əl Qaidə" liderinin Suriyaya təyin etdiyi terrorçubaşı öldürülüb

İslamazeri.az-ın "Nusra cəbhəsi"nə bağlı saytlara istinadən verdiyi xəbərə görə, "Əl Qaidə" lideri Əyman Əl Zəvahirinin Suriya təmsilçisi Əbu Xalid Əs Suri dünən öldürülüb.

Hadisənin "İŞİD" terrorçuları tərəfindən törədildiyi bildirilir.

Terrorçulardan üç nəfər "Əhrarus Şam" qruplaşmasının qərargahına gəldiyi, onlardan iki nəfərin həbs edilən zaman digər terrorçusunun üzərindəki partlayıcı qurğunu işə saldığı bildirilir.

Hadisə zamanı "Əl Qaidə" lideri Əyman Əl Zəvahirinin Suriya təmsilçisi Əbu Xalid Əs Suri ilə birlikdə 15 nəfər terrorçu da ölüb.

"İŞİD" hadisədən sonra bu hücumun onlar tərəfindən törədilmədiyini açıqlayıb.

Lakin "İŞİD"ın bu hücumdan sonra açıq-aşkar hədəfdə olacağına görə, bu hücumu öz üzərinə götürməkdən imtina etdiyi bildirilir.
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi