Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2020

İtaliyalı oğrular Tunisə gedən tibbi ləvazimat yükünü oğurladılar

Tunisin ticarət naziri: “Avropa ölkələri koronanın qorxusundan bir-birlərindən oğurluğa başlayıblar və Tunisə aid bir gəmini də qarət ediblər.”

Tunis ticarət naziri Məhəmməd əl-Musləyni televiziya kanalına verdiyi açıqlamasında deyib ki, koronavirusun yayılmasına görə bütün Avropa ölkələri qorxu və narahatlıq içindədir.
Ticarət naziri bildirib ki, italiyalılar Tunisə spirt və dezinfeksiyaedici məhsulları gətirən bir gəmini Aralıq dənizində qarət ediblər.

O əlavə edib: “Bu gəminin başına gələn hadisə eynilə Çexiya ölkəsinin Çinin İtaliyaya hədiyyə etdiyi maska yükünün başına gətirdiyi hadisədir.”

Məhəmməd deyib ki, Avropa ölkələri koronavirusa görə qorxu və naraharlıq içindədir və onlar bu qorxu üzündən tibbi təchizatı oğurlayırlar.
Ticarət naziri vurğulayıb: “Bir-birindən oğurluq edən bu ölkələr Avropa Birliyi ölkələridir. Əlbəttə, artıq Avropa Birliyi qalmayıbdır.”

Avropa KİV-i dünən xəbər verdi ki, Çexiya ölkəsi Çindən İtaliyaya göndərilən 680 min maskanı saxlayaraq özü üçün götürüb. 

7 martda da Almaniyada 60 min maska oğurlanmışdı.
250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP