Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2020

Əl-Muraqibat kitabından bir yarpaq-Şəbaniyyə münacatı

Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi dəyərli “Əl-Muraqibat” kitabında Şəbaniyyə münacatı barədə yazır:

Şəbaniyyə münacatı çox məşhur bir münacatdır. Bu münacatı oxuyan və onu ülvi məzmununu başa düşənlər onu çox əziz və hörmətli bilir, həmin Şəbaniyyə münacatına vasitəsilə bu ayla üns yaradırlar, hətta şövqlə bu ayın gəlişini intizar çəkirlər.
Şəbaniyyə münacatında bəndələrin Mütəal Allahla müamiləsinin necəliyi ilə bağlı çoxlu mətləblər vardır və bu münacat Allahdan istək diləməyin yolunu, dua etməyin, bağışlanmaq istəməyin ədəb və qaydası bəyan olmuşdur. Münacatda Allahın rəhmət və lütf dərgahına ümidvar olmaq üçün Onunla razü-niyaza uyğun olan çox incə dəlillər gəlmişdir. Habelə, münacatda saliklərin şübhələri, münkirlərin və vəhşət əhlinin şəklərinin aradan qalxması üçün Allaha yaxın olmaq və Onunla görüş kimi məfhumlar çox aşkar və aydın şəkildə açıqlanmışıdır. Bir böyük arif bu barədə deyir: “Şəbaniyyə münacatı nəfsi tanımağa, işarədir və nəfsi tanımaq isə Allahı tanımağa bir yoldur. ”

Şəbaniyyə münacatından bir neçə incə məqama işarə

Sözün qısası, Şəban ayının ən mühüm əməllərindən biri Şəbaniyyə münacatını oxumaqdır. Hətta salik şəxsə vacibdir ki, onun bəzi cümlələrini il boyu oxusun, namazının qünutlarında və özünün digər irfani hallarında o cümlələr vasitəsilə Allahla münücat və razü-niyaz etsin, yatanda da bu cümlələrdən qafil olmasın və bütün diqqəti ilə oxusun.

Bu cümləni oxuduqda:

«وَاَنِرْ اَبْصارَ قُلُوبِنا بِضِيآءِ نَظَرِها اِلَيْكَ، حَتّى‏ تَخْرِقَ اَبْصارُ الْقُلوُبِ حُجُبَ النُّورِ، فَتَصِلَ اِلى‏ مَعْدِنِ‏ الْعَظَمَةِ، وَتَصيرَ اَرْواحُنا مُعَلَّقَةً بِعِزِّ قُدْسِكَ.»

“Qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın və ruhlarımız müqəddəs izzətinə bağlansın!”

Yaxşı düşünsün və görsün onun qəlbinin belə bir gözü varmı ki, onunla həmin nuru dərk edə bilsin? Nur pərdələri, yaxud həmin “hucubun-nur” hansılardır? Əzəmət mədəni nədir?

Dua və münacatın mənasını anlamaq
Duanı oxumaq, onun söz və cümlələrini demək mənasına deyildir. Allahla münacat edən şəxs münacatda nə dediyini, Rəbbindən nə istədiyini bilməlidir. Münacat və razü-niyazda Allahdan nə istədiyini bilməyən kəs barədə “o, Allahdan filan şey istədi” demək düzgün deyil, onun barəsində “o, dilinə filan sözü gətirdi” demək olar. Dua və münacatda təkcə sözləri deyən kəs, dua etməmişdir.

Mütəal Allah Quranda buyurur:

«أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ.»

“Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran?” (“Nəml” surəsi, ayə 62)

Yenə buyurur: 

«ادْعُونِي أَسْتَجِبْ لَكُمْ.»

“Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (“Ğafir” surəsi, ayə 60)
Yenə buyurur:

«وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ.»

“(Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin!” (“Nisa” surəsi, ayə 32)
Yenə buyurur:

«إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا.»

“Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (“Nisa” surəsi, ayə 29)

Quranın heç bir yerində buyurmayıb ki, sözü oxuyun.
Hər halda, Şəbaniyyə münacatı böyük münacatlardan və həzrət Məhəmmədin (s) ailəsinin bərəkətindən olan uca bir nemətdir ki, təkcə qəlb sahibləri və agah insanlar onun qədrini bilərlər: 

«لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ.»

“Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (“Qaf” surəsi, ayə 37)

Qafillər və xəbərsizlər bu münacatın faydalarını və parlaq nurlarını dərk etməyə qadir deyillər.

Münacat nemətinin dəyəri
And olsun canıma, camaatın çoxu münacat nemətinin qədrini və dəyərini bilmir. Şəbaniyyə münacatı elə bir uca elm və maarifdən sərçeşmə götürmüşdür ki, yalnı onun əhli, yəni kəşf və şühud yolu ilə ona çatmış Allah övliyaları bu münacatın məqam və dəyərini anlaya bilər. Dünya nemətlərinin heç birinin onunla müqayisə edilməsi mümkün olmayan ən yaxşı axirət nemətlərindən biri mükaşifə yolu ilə bu maarifə yetişməkdir.

Ali Məhəmmədin sadiqi, həzrət İmam Cəfər Sadiq (ə) bu barədə bir mövzuya işarə edərək buyurur: “Camaat Allahı tanımağın fəzilətini bilsəydi, bizim düşmənlərimizin əlində olan dünya malına göz dikməzdilər, dünya onların gözündə üzərinə ayaq qoyduqları torpaqdan da dəyərsiz görünərdi, Allaha mərifətin varlığı ilə cənnət bağlarında Allah övliyaları ilə həmsöhbət olan kəslər kimi həyatdan ləzzət alardılar.”
322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP