Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2020

Əl-Muraqibat kitabından bir yarpaq-İmam Hüseynin (ə) mövludu

Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi dəyərli “Əl-Muraqibat” kitabında Şəban ayının üçüncü günü –İmam Hüseynin (ə) mövlud günü münasibətilə yazır:

Şəbanın üçüncü günü Seyyidüş-şühəda, azad insanların sərvəri həzrət İmam Hüseyn ibn Əlinin (ə) dünyaya gəldiyi gündür. Bu günün şərəf və əzəməti onun sahibinin (İmam Hüseynin) şərəf və əzəməti qədərdir. Salik şəxs bu gün oruc tutmaqla, ziyarətnamə, dua oxumaqla və digər əməllərlə həmin günün şürkünü yerinə yetirməlidir.

Şəban ayının üçüncü günü Fütrüs mələkin öz qanadlarının sağlamlığını bərpa etdiyi bərəkətli gündür. Salik şəxs bu gün Fütrüs mələk kimi İmam Hüseynin (ə) məhəbbət ətəyinə sığınmalı və o həzrətə təvəssül edərək özünə nicat verməlidir ki, iki ruh və əql qanadına yiyələnsin və bu iki qanadın vasitəsilə ruhanilərlə (ya Ruhul-əminlə) birlikdə Allahın qürb, razılıq və rizvan səmalarında pərvaz etsin.
Şəbanın üçüncü günü sevinc və şadlıq günü olsa da, salik şəxs Rəsulullahın (s) Əhli-beytinə iqtida etməli, onlar kimi öz şadlıq və sevincini hüzn və qəmə qatmalıdır.
319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP