Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

700-ə yaxın insan həyatını itirib

İraqda cari ayın terror aktları və qarşıdurmalarında 700-ə yaxın insan həyatını itirib
İraqda təkcə ötən gün ərzində gedən qarşudurma və terror aktlarında 20-dən artıq insan həlak olub.

SalamNews–un "əl-Cəzirə" telakanalına istinadla verdiyi xəbərə görə, təkcə bu ayın əvvəlindən indiyədək bu ölkənin şahid olduğu qarşıdurma və terror aktları isə 700-ə yaxın insanın həyatına son qoyub.

"Reuters"in İraq təhlükəsizlik mənbələrinə istinadla verdiyi statistikada cari ilin əvvəlindən etibarən qarışıqlıqlar nəticəsində ölü sayının 1600-dən çox təşkil etdiyi deyilir. Ötən il ərzində həlak olanlar isə 6800 nəfərdir.

Bildirək ki, İraq ordusu hazırda Səudiyyə Ərəbistanı, İordaniya və Suriya ilə sərhəddə yerləşən əl-Ənbar əyalətində “İraq və Şamda İslam Dövləti” (DAİŞ) radikal qruplaşması və onları dəstəkləyən yerli qəbilə silahlılarına qarşı hərbi əməliyyatlar aparır.

Qeyd edək ki, hökumətin terrora qarşı həyata keçirdiyi sərt əməliyyatlar və qanunlara baxmayaraq, terror aktları ölkə üçün artıq gündəlik hadisəyə çevrilib.
1430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...