Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

İki polis bu tikintiyə görə güllələndi - Hadisə yerindən fotolar

Sabunçu rayonu Müsabəyov küçəsində bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən silahlı haqda xəbər vermişdik.

Xatırladaq ki, silahlı insidentə səbəb qəsəbə sakini Gülağa Lətifovun 68 nömrəli orta məktəbin balansında olan stadionda tikdirmək istədiyi tikinti ətrafında qonşularla yaranan mübahisə olub.

Silahlı insident baş verən gün stadionda Çay evinin tikdirilməsinə etiraz əlaməti olaraq Gülağa Lətifovun əraziyə tökdürdüyü daşları stadion boyu əraziyə düzüblər.

Bundan qəzəblənən qəsəbə sakini G.Lətifov avtomobilində gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərov və Fərid Qədirovu ağır yaralayıb. Yaralılardan Fərid Qədirov xəstəxanaya çatdırılsa da, ölüb.



/aznyus/

1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP