Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Təkfirçiləri İsrail müalicə edirsə?! (Video)

İsrailin gizli və səhra xəstəxanalarından birində çəkilmiş və nümayiş edilmiş ilk filmdə təkfirçi terrorçuların sionist həkimlər vasitəsilə cərrahiyyə və müalicə olunduğu göstərilir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına görə, İsrail telekanallarına bu xəstəxanaları çəkmək üçün verilmiş ilk icazədir. Bu xəstəxanalar Suriyanın İsrail tərəfindən işğal edilmiş Cövlan məntəqəsində fəaliyyət göstərirlər. Xəstəxanalarda Azad Suriya Ordusu və təkfirçi terrorçulardan ibarət yaralılar müalicə olunurlar.
Habelə bu filmdə İsrail televiziyası muzdlu döyüşçülərdən də müsahibə götürmüşdür. Müsəlman başı kəsən təkfirçi terrorçular sionistlərə sığınmağı özlərinin ərəb və müsəlman şəxsiyyətlərindən üstün sayır və onları ağız dolusu tərifləyirlər.
Sionist həkimlərdən biri artıq bu xəstəxanada 700-dən çox yaralının müalicə olunduğunu bildirir.
Təkfirçi terrorçu isə, sionistlər haqqında səhv fikirdə olduğunu bildirir. O deyir: Bizə təbliğ olunanlara görə, biz sionistləri düşmən bilirdik. Bura gəldikdə isə, onları özümüz kimi insan gördük. Hətta, insanda daha üstün.
P.S. Görəsən təkfirçi terrorçular yəhudi deyillər?! Axı, Allah-taala Quranın Bəqərə surəsinin 120-ci ayəsində belə buyurur:
“Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar.”
Yaxud Maidə surəsinin 82-ci ayəsində buyurur:
“Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən.”
Olmaya təkfirçilər yəhudilərin düşməni deyil də, dostlarıdırlar? Elə isə, təkfirçilər iman gətirənlərdən deyillər?!
Tərcümə sələfi alimi, Ləzgi məscidinin axundu Əlixan Musayevindir.

1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı