Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2020

Ənsarullah: Müharibənin bitməsi üçün 12 ölkə bizlə ərəb koalisiyası arasında hakim olsun

Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi bildirib ki, Ənsarullah Hərəkatı ərəb ölkələri, Çin, Rusiya və BMT-nin də iştirakı ilə 12 ölkənin Yəmən müharibəsinə son qoyulması üçün hakim olmasını təklif edib.
Məhəmməd Əli öz Tvitter səhifəsində yazıb: “4 ərəb ölkəsi, 4 İslam ölkəsi və 4 Asiya ölkəsi, üstəgəl BMT bizimlə sizin (bizim ölkəmizə təcavüz etmiş ölkələr olaraq) aranızda hakimlik etsin.”
Ali İnqilab Komitəsinin sədri əlavə edib: “Təklif edirəm ki, bu ölkələr Əlcəzair, Tunis, Misir, İraq, Pakistan, Malayziya, İndoneziya, Syerra-Leone, Rusiya, Çin, Koreya və Yaponiyadan ibarət olsun.”
Ərəb koalisiyasının Yəmənə təcavüzü artıq altıncı ilə daxil olmuşdur. Bu müddət ərzində ərəb koalisiyası Yəməndə xalq inqilabını boğmaq, xalqın müqavimətini qırmaq üçün dinc əhalini, ictimai məkanları, bazarları, qaçqın düşərgələrini, məktəbləri, sərnişin avtobuslarını, toy və yas mərasimlərini, əsas infrastrukturlarını, yaşayış məskənlərini bomba yağışına tutmuşdur, on minlərlə insanı öldürmüş və yaralamışdır. Bundan əlavə, bu ölkəni havadan, qurudan və sudan mühasirəyə almış, qida və dərman məhsullarının Yəmənə daxil olmasına icazə vermir. Bu üzdən Yəməndə aclıq və xəstəlik hökm sürür. BMT-nin verdiyi açıqlamaya görə, Yəməndə hər 10 dəqiqədə 1 yəmənli uşaq həlak olur.
207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP