Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Əməkdaşımızın verdiyi son xəbərə görə, BDU-nun tələbələri hazırda Elmlər Akademiyası metrostansiyasının qarşısına toplaşmağa başlayıb. Tələbələr qruplar halında metronun girişi tərəfdə toplaşıb. Metrostansiyanın ətrafı isə polis qüvvələrinin mühasirəsindədir. Əraziyə xeyli sayda çevik polis alayının polisləri də cəlb edilib. 


 

Tələbələrin aksiyası təxirə salındı

 

Bu gün saat 13:30-da Bakı Dövlət Universitetində etiraz aksiyası planlaşdıran gənclərin aksiyası təxirə salınıb. Buna səbəb, jurnalistlərin BDU-nun həyətinə buraxılmaması olub. 

Aksiyanı təşkil edən tələbələr bildiriblər ki, jurnalistlərin BDU-nun həyətinə buraxılmaması səbəbindən onlar aksiyanı təxirə salırlar. Belə ki, BDU-nun həyətinə çoxlu sayda polis cəlb olunub və onlar aksiya keçirən kimi dərhal saxlanacaqlar və media da bunu işıqlandıra bilməyəcəklər.

Gənclər eyni zamanda etiraz aksiyalarını davam etdirəcəklərini də bildiriblər.

BDU qarşısında gərginlik: aksiya gözləntisi var

2014-02-24 13:54

Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetinin tələbələri Facebook sosial şəbəkəsində “event” yaradaraq saat 13:30-a aksiya təyin edib.

Artıq Bakı Dövlət Universitetinin qarşısında gərginlik artmaqdadır. Əraziyə xeyli sayda polis əməkdaşı cəlb olunub. Eyni zamanda mülki geyimli polislər də universitetin qarşısına toplaşıb./deyerler/



970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...