Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Misir hökuməti istefa verib

Misirdə Hazem əl-Bablauyinin rəhbərlik etdiyi hökumət istefa verib.

Bu barədə “Röyters” Misirin dövlət “Əl-Əhram” portalına istinadən xəbər yayıb.

Nazirlər Kabineti müvafiq qərarı səhər saatlarında keçirilmiş 15 dəqiqəlik iclasdan sonra qəbul edib.

Qeyd edək ki, Misirdə prezident seçkiləri 2014-cü ilin yaz aylarında keçiriləcək.
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber