Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2020

Kadırov Mişustinin tələbini rədd etdi: Sərhədlər bağlandı

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Baş naziri Mixail Mişustinin tələbi ilə respublikanın sərhədlərini açmaqdan imtina edib.

Bu məlumatı Kadırov öz Teleqram səhifəsində yayıb.

“Əlbəttə, biz Çeçenistanda qeydiyyatı olmayan heç kimi buraxmayacağıq. Baş nazirə yanlış məlumatlar verilir. Biz heç vaxt sərhədlərin bağlanmasını deməmişik və onları nəqliyyat tranziti, qida, dərman daşınması üçün bağlamamışıq. Biz bəyan etmişik və təkrar edirik ki, bütün mümkün və qeyri-mümkünləri edəcəyik ki, Rusiyanın regionlarından biri olan Çeçenistanı təhlükəsiz edək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Mixail Mişustin Rusiyanın regionları arasında sərhədlərin bağlanmasının yolverilməz olduğunu bildirmişdi.
233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP