Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

ARDNŞ: 20 min işçi ixtisar ediləcək

Azərbaycan Dövlət Neft Şirkəti ixtisarlarla bağlı hesabat verdi.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofiziki və Geologiya, Neft Kəmərləri, Qaz İxracı, Sosial İnkişaf idarələrində, həmçinin Kompleks Qazma İşləri Trestində, “Azneft” İstehsalat Birliyinin müəssisələrində aparılan struktur islahatları nəticəsində 7222 neftçi ixtisar edilib.
Bunu ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
X.Məmmədovun sözlərinə görə, ixtisara düşən 6418 neftçi digər sahələr üzrə işlə təmin edilib: “533 nəfər əməkhaqqının 5 misli məbləğində müavinət alaraq şirkətdən uzaqlaşıb. 163 nəfər isə öz xahişi ilə işdən gedib”.
Vitse-prezident dedi ki, ARDNŞ kənardan işçi qəbulunu 5 aydır dayandırıb: “Bu yaxınlarda 43 vakansiya üzrə imtahan keçiriləcək. Artıq 64 nəfər bu vakansiyalarla bağlı müraciət edib. Hazırda ARDNŞ-də 3098 vakansiya var. Şirkət ixtisarlar və işə götürmələr zamanı ilk növbədə mütəxəssisin peşəkarlığını nəzərə alır. Ehtiyatda olan mütəxəssis olmadıqda kənardan işçi götürüləcək”.
X.Məmmədov qeyd etdi ki, ən çox ixtisara düşən inzibati idarəetmə kateqoriyasına aid olan işçilər düşüb. Belə ki, onlar üzrə həmin göstərici təxminən 70-80 faiz olub. Əvvəllər isə onların ümumi sayı 18 min idi. Sosial idarə kateqoriyasına aid işçilərin sayı isə 60 faiz azalıb.
Mətbuat konfransına qatılan ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov və İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli isə “Dövlət Neft Şirkətinin bəzi qurumılarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanaqlığının və məşğulluğunun təmin olunmasına dair proqram” haqqında məlumat veriblər.
“Gələcəkdə Dövlət Neft Şirkətində işçilərin sayı 40-45 minə qədər azalacaq. Şirkət yalnız hasilat, emal və satışla məşğul olacaq” - deyə Xalik Məmmədov daha bir əlavə məlumat verdi.
X.Məmmədov dedi ki, hazırda ARDNŞ-də 60077 işçi var, bu isə 20 min işçinin ixtisara düşəcəyi deməkdir: “Şirkətdə çalışanların sayı hər gün dəyişir. “Azərkimya” və “Azəriqaz” daxil olmadan şirkətdə işçilərin sayı 65-70 min olub. “Azərikimya” 7 min, “Azəriqaz” isə 12 min işçi ilə şirkətin tabeliyinə verilib”.
Vitse-prezident gələcəkdə şirkətin tikinti ilə də məşğul olmayacağını qeyd etdi: “Yəqin ki, tikinti zamanı tender vasitəsilə seçilçmiş şirkətlərin fəaliyyətindən yararlanacağıq. Ümumiyyətlə, elə yerlər var ki, orada iqtisadi gəlirdən daha çox əhalinin məşğulluğu üçün müəssisələr saxlanılır. ARDNŞ sosial məsuliyyəti nəzərə alır. Amma beynəlxalq standartlar var və işçilərin sayının azalması aparılmalıdır”.
X.Məmmədov ləğv olunmuş qurumlarda baş verən ixtisarlara da toxundu: “Ötən ilin sonunsu rübündə aparılan struktur islahatları zamanı 4 idarədə əsasən məmurlar ixtisara düşdülər. Buna görə də bu ixtisarlar çox səs-küyə səbəb oldu. Məsələn, kadrlar idarəsinin rəisinə digər iş verərkən qəbul etmir. Digərləri isə mövcud proqram çərçivəsində işlə təmin edilir. İxtisara düşənlərin 167-si qulluqçu olub”./virtualaz/
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:42