Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Bakıda özünü yandıran qadın öldü

“Özünü yandıran qadın ,79 yaşlı Şəfiqə Quliyeva dünən gecə saatlarında dünyasını dəyişib”. Bunu 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov deyib: “Onun vəziyyəti çox ağır, yaşı da çox idi, həmçinin özünün xroniki xəstəlikləri də vardı deyə, yaşaması mümkünsüz oldu”. Qeyd edək ki, Şəfiqə Quliyeva fevralın 18-də Nəsimi rayonu ərazisində yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb. Onun epilepsiya və şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Həkim Vüqar Ələkbərov bildirib ki, qayınatasının həyətində üzərinə benzin tökərək, özünü yandıran Kürdəmir rayonunun Topalhəsənli kənd sakini, Rahim Abdullayevin vəziyyəti yaxşılaşdığından palataya çıxarılıb. Yevlaxda özünü yandıran 2-ci qrup əlil Nizami Kərimov isə artıq evə buraxılıb./modern/
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
Go to TOP