Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Sumqayıtda özünü dördüncü mərtəbədən atmaq istəyən qadın xilas edilib

Sumqayıtda 40 yaşlı qadın intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olub ki, 1974-cü il təvəllüdlü qadın dördmərtəbəli binanın sonuncu mərtəbəsinin eyvanından özünü aşağı atmaq niyyətindədir. Xilasedicilər hüquq- mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb, digər xilasedicilər yaranan əlverişli şəraitdən istifadə edərək mənzilin qapısını açıb və qadını tutaraq intihara cəhd qarşısını alıblar.
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı