Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Rusiya səfirliynin qarşısında aksiya

Rusiyanın Bakıdakı səfirliyi qarşısında Moskvada baş verənlərlə bağlı etiraz aksiyası olub

Etirazçılar Rusiya polisinin 25 yaşlı rus gənci öldürməkdə şübhəli bilinən Orxan Zeynalovla davranışına etiraz ediblər, Rusiya əleyhinə şüarlar səsləndiriblər. İştirakçılardan biri Rusiya səfirliyinə ayaqqabı atıb.

Aksiya ilə əlaqədar diplomatik nümayəndəliyin binası ətrafında əlavə təhlükəsizlik tədbirləri görülüb.

Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi adlı təşkilatın fəalları aksiyanı izləyən jurnalistlər arasında bəyannamə yayıblar. Orada Zeynalova qarşı “qeyri-insani rəftar” pislənilir. Eyni zamanda diaspor üzvləri yaşadıqlaı ölkənin qanunlarına hörmət etməyə çağırılır.

Aksiya davam etdiyi dəqiqələrdə daha bir neçə nəfər ora qoşulub. Onların Qarabağ Azadlıq Təşkilatından olduğu bildirilir. Həmin qrupun üzvlərindən biri Rusiyanı Azərbaycan torpaqlarının işğalında ittiham edib və ayaqqabısını çıxararaq səfirliyə tərəf atıb.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vesti.ru-ya açıqlamasında Bakıdakı aksiyanı anlamadığını deyib: “Bəyəm bizdə azərbaycanlıları qovurlar? Milli əlamətə görə heç bir təqib yoxdur. Aksiya iştirakçılarının mövqeyi mənə aydın deyil. Onlar kimi müdafiə edirlər? Qatili?”(virtualaz.org)
1854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pa