Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Kosmosa lift çəkiləcək

Müasir dövrdə mövcud olan materiallar və elektronika sahəsində mövcud nailiyyətlər buna imkan yaradır

Beynəlxalq Astronavtika Akademiyasının (IAA) mütəxəssisləri tamamilə ciddi şəkildə bildiriblər ki, Yerin səthi ilə kosmik fəzanı birləşdirən böyük qaldırıcı, yəni kosmik lift yaratmaq tamamilə realdır.

“Yer-Kosmos” marşrutu ilə hərəkət edəcək lift 2050-ci ilə layihələndirilərək quraşdırıla bilər. Ekspertlər kosmik liftlərin potensial faydasını və çağdaş texniki proqresin yüksək səviyyəsini qiymətləndirdikdən sonra bu qərara gəliblər.

Müasir dövrdə mövcud olan materiallar və elektronika sahəsində mövcud nailiyyətlər tikinti prosesinin necə gedəcəyini və liftin necə yığılacığını təsəvvür etməyə imkan verir.

Qeyd edilir ki, kosmik lift yüksək sürətli qatara bənzəyəcək. Alimlər bu fikirdədirlər ki, kosmik liftin fantastikadan nəzəri tikinti obyektinə çevrilməsinin vaxtı çatıb.
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber