Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

CHP Ərdoğanın istefasını tələb etdi

Türkiyənin baş naziri Rəcəb Tayyb Ərdoğanın oğlu Bilal Ərdoğanla telefon danışığının səs yazısı internetdə yayıldıqdan sonra ölkənin siyasi gündəmini zəbt edib. Musavat.com-un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, gec saatlar olmasına baxmayaraq, Cümhuriyyət Xalq Partiyası (CHP) Mərkəzi İdarə Heyətinin fövqəladə toplantısı keçirilib. Partiyanın sözçüsü Haluk Koç toplantı ilə bağlı jurnalistlərə açqlama verib.

"Baş nazir vəzifəsini yerinə yetirən şəxs istefa verməlidir. Oğurluq və rüşvət olaylarının altında əzilən bir baş nazir bu andan etibarən istefa vermək zorundadır", - Haluk Koç deyib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin idarə olunmasına görə məsuliyyət daşıyan baş nazirin ortaya çıxan səs yazısı tükürpədici gerçəkləyi nümayiş etdirir: "Bu saatdan sonra çirkli əlaqələrin ortasında olan bir şəxs Türkiyə Cümhuriyyətini idarə edə bilməz. Ərdoğanın başçılıq etdiyi hökumət legitimliyini itirib".
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...