Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

25 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və biometeoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi