Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Yanukoviç tapılan kimi həbs olunacaq

Cümə gecəsi paytaxt Kiyevi tərk edən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç haqqında həbs qərarı çıxarılıb
Ukraynada vəzifəsindən uzaqlaşdırılan və harada olduğu bilinməyən Viktor Yanukoviç haqqında "kütləvi qırğın əmri vermək" səbəbilə həbs qərarı verilib.

Etirazlardan sonra cümə gecəsi paytaxt Kiyevi tərk edən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç haqqında həbs qərarı çıxarılıb.

Yanukoviçi ötən gün vəzifəsindən uzaqlaşdıran müvəqqəti rəhbərliyin Daxili İşlər naziri Arsen Avakov keçmiş prezident və digər bir neçə səlahiyyətli haqqında vətəndaşlara qarşı "kütləvi qırğın əmrini vermək" səbəbilə həbs qərarı çıxarıldığını açıqlayıb.

Görüldüyü yerdə həbs olunacaq Yanukoviçin harada olduğu barədə hələ dəqiq məlumat yoxdur.

Şənbə günü Kiyevdən tərəfdarlarının çox olduğu Xarkov şəhərinə gedən Yanukoviçin ən son bazar gecəsi Krım yarımadasında xüsusi malikanəsində görüldüyü deyilir. Daxili İşlər naziri Avakovun da Yanukoviçin arxasından Krıma getdiyi qeyd edilir.

Avakovun bazar gecəsi Yanukoviçin şəxsi təyyarəsi ilə Krımdan qaçmasına mane olduğu və daha sonra prezidentin avtomobili ilə ünvanı bilinməyən bir yerə getdiyi iddia olunur./ans/
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber