Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Ukrayna növbədənkənar prezident seçkilərinə getdi

Fevralın 25-də Ukraynada növbədənkənar prezident seçkiləri kampaniyasına start verilib.

Ukrayna KİV-i bildirir ki, bu haqda Mərkəzi Seçki Komissiyası müvafiq plan qəbul edib.

Prezidentliyə namizədlərin irəli sürülməsi martın 30-dək davam edəcək. Namizədləri partiyalar və ayrı-ayrı şəxslər müstəqil şəkildə irəli sürə bilərlər. Namizədin qeydiyyata alınması üçün 2,5 milyon qrivna girov qoyulmalıdır. MSK-ya namizədlərin qeydiyyatı sənədlərin sonuncu təqdimat günü- aprelin 4-də başa çatacaq.
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber