Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Rəsmi Bağdadın İrandan silah alması Vaşinqtonu qəzəbləndirib

ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Saki bildirib ki, sanksiyalara əsasən İran silah sata bilməz və bu ölkədən silahın alınması beynəlxalq qanunların pozulması deməkdir

Rəsmi Bağdadın İrandan 195 milyon dollar məbləğində silah-sursat alması ilə bağlı xəbərlər yayılıb.

İnterAz–ın BBC-ə istinadla verdiyi xəbərə görə, ABŞ silah alqı-satqısı ilə bağlı Rəsmi Bağdaddan açıqlama istəyib. Bu barədə xəbər verən ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Saki bildirib ki, sanksiyalara əsasən İran silah sata bilməz və bu ölkədən silahın alınması beynəlxalq qanunların pozulması deməkdir.

Bildirək ki, rəsmi Bağdadın İrandan silah alması ilə bağlı xəbəri ilk dəfə “Reuters” verib. Sözügedən mənbə bildirib ki, İran-İraq arasında silah alqı-satqısı ilə bağlı 8 rəsmi sənədi əldə edə bilib.

Bildirilib ki, silah müqaviləsinə əsasən, İran 195 milyon dollar məbləğində yüngül, orta silahlar, minaatanlar, tank və top sursatları və sair İraqa satacaq. Ekspertlərin fikrincə, İraqın atdığı bu addım ABŞ-ı qıcıqlandırmaq üçündür və rəsmi Bağdad ABŞ-ın vəd etdiyi silahların tez bir zamanda təhvil almaq niyyətindədir.
1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı