Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Müşfiqabad məscidi dini icması ləğv edildi

Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilib.

Bu barədə "Qafqazinfo"ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub. Qərarı şərh edən Komitənin mətbuat xidməti qeyd etdib ki, 1998-ci ildə qeydiyyatdan keçmiş dini icma 2009-cu ildə "Dini Etiqad Azadlığı haqqında" qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınmaq məqsədilə müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib və bununla da mövcud qanunvericiliyin tələblərini pozub. Dövlət Komitəsi tərəfindən icmada aparılmış hərtərəfli araşdırmalar nəticəsində müəyyən olub ki, bu müddət ərzində dini icma faktiki məscidin idarəetməsindən uzaqlaşdırılıb və məscidin fəaliyyətinə nəzarət dini icmaya aid olmayan şəxslər tərəfindən həyata keçirilir. "Yaranmış durumu qanuni çərçivəyə salmaq məqsədilə, Dövlət Komitəsi tərəfindən dini icmanın üzvləri ilə görüşlər keçirilərək müvafiq müzakirələr aparılıb, icmanın hüquq və vəzifələri haqqında qanunun tələbləri icma üzvlərinə çatdırılıb.

Dini icma üzvləri keçirdikləri ümumi yığıncağda icmanın buraxılması və qanunun tələblərinə cavab verən yeni icmanın yaradılması haqqında qərarlarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə birgə Dövlət Komitəsinə göndərmiblər. Dövlət Komitəsində məsələyə baxılaraq icmanın verdiyi qərar təsdiqlənib və dini icmanın dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edilib. Hazırda məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb".

Komitədən həmçinin bildirilib ki, yeni icmanın sənədləri qanunun tələblərinə uyğun olaraq QMİ-nin təqdimatı ilə daxil olduqda onun qeydiyyat məsləsinə baxılacaq. Dövlət Komitəsi sözügedən məscidin fəaliyyətinin qanunvericiliyə uyğun təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.

Xatırladaq ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müşfiqabad qəsəbə məscidində yoxlamalar aparılması və fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanmışdı. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclasında adıçəkilən məsciddə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənmişdi.
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi