Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2020

14 mayda gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Mayın 14-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq rayonlarda dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər .
146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
04.06.20, 08:58
4 iyunda gözlənilən hava
01.06.20, 08:34
İyunda hava necə olacaq?
Go to TOP