Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

“Sovetski” martın 3-də mitinq edə bilər

Ərazi dövlət sifarişi ilə sökülmür və 6 sahibkara satılıb; Təşkilat Komitəsi hökumətlə danışıqlar aparsa da, əhali Abid Şərifovun vədinə inanmır, yeni etiraz dalğası gözlənilir.

Gələn həftənin bazar ertəsi “Sovetski” camaatı yenidən ayağa qalxa bilər. Martın 3-dək möhləti olan hökumət, aksiyanı ləğv etdirmək üçün “baş sındırır”. Çünki martın 3-də əhalinin alacağı cavab həlledici ola bilər.

Əgər vətəndaşların tələbi yerinə yetirilməsə, az kvadratı olanların kompensasiyaları artırılmasa, ümumilikdə mənzillərin kvadratına 3500 manatdan təzminat ödənilməsə müddətsiz aksiyalar davam etdirilə bilər. Hazırda Bakı meriyası, Yasamal rayon rəhbərliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyi arasında danışıqlar gedir. Eləcə də “Sovetski”də Təşkilat Komitəsi prosesə qoşulub.

Bu günlərdə isə mitinq əleyhinə çağırışlar başlayıb. Evlərin divarlarına “Xahiş edirik, aksiya keçirməyin!” sözləri yazılan kağızlar yapışdırılıb. Camaat arasında isə ikili mövqe var, gənclərlə yaşlıların fikirləri haçalanır; cavanlar hökumətin vədlərinə inanmır və mitinqlərlə təzyiq etməyi yeganə yol bilir, ağsaqqallar isə martın 3-dək gözləməyi məsləhət görür.

***
“Sovetski” camaatının Təşkilat Komitəsi isə fevralın 24-də yenidən toplaşaraq son vəziyyəti müzakirə edib. Təşkilat Komitəsi ilə sakinlər arasında görüşdə baş nazirin müavini Abid Şərifovun dediklərinə münasibət bildirilib.

Sakinlərin məlumatına görə, vətəndaşlara quru vəd verib, aldadırlar. Mənzil sahibləri isə 2500-5000 manat arasında təzminatların hesablanmasını tələb edirlər. Sakinlərdən Tahirə Rzayevanın sözlərinə görə, A.Şərifovun çıxışı əhalini qəzəbləndirib: “Baş nazirini müavini 300-dən çox evin köçürüldüyünü deyib. Belə şey olmayıb. Martın 3-ə qədər vaxt vermişik. ”Sovetski"də heç kəs 1500 manatla razılaşmır. Kiminsə razılaşdığını deyənlər yalan danışır.
Sözümüzü demişik, razılıq üçün müzakirələr gedir. Təşkilat Komitəsi ans-ə üz tutub, efir vaxtının ayrılması xahiş edilib. Müzakirələrdə martın 2-də mitinqlərə başlanılması məsələsi də qoyuldu. Lakin dedik ki, hələ gözləyək. Əgər ayın 3-nə qədər möhlət vermişiksə, sözümüzü tutaq. Onsuz da bilirik ki, aldadırlar, tələblərimizi yerinə yetirmək istəmirlər. Amma razılıq olub, qoy onlar da bizi kimi sözlərinin üstündə dursunlar".
Sakinlərin sözlərinə görə, martın 3-də 150 saylı məktəbdə rəsmilərlə görüş olacaq və qərar veriləcək:
***
“Bu günə kimi ”Basin"də pulunu ala bilməyənlər var. Qalmışdı ki, bizi nəzərə alsınlar. Əhalini sakitləşdirmək üçün vəd verirlər. Əgər vədə xilaf çıxsalar, elə yəqin ki, martın 3-də mitinq olacaq. Abid Şərifov o gün deyir ki, söküntü dövlət sifarişi ilə aparılmır.
Deməli, başqa məqsəd var. Elə biz bilirdik ki, ərazi 6 sahibkara satılıb. Çünki park və təzə yola görə bu qədər ev sökmək lazım deyil. Yasamalda 10 min ev sökülməlidir. Deməli, yerimizi satıblar. Göydələnlər, plazalar, hotellər tikmək istəyirlər," - deyə məhəllə sakini Vüqar Dadaşov bildirir.

Onun sözlərinə görə, A.Şərifov yalan danışıb: “Abid müəllim hələ deyir ki, 1500 manata Bakının kənarında, istərsə də mərkəzində ev almaq olar. Gəlsin alsın, görək necə alır. ”Sovetski" camaatının gedəcəyi bir məskən yoxdur. Ona görə də əhali öz dədə-baba yurdu uğrunda axıra qədər mübarizə aparacaq".

Yerli sakin Qasım Ələddinov deyir ki, kompensasiya azmış kimi mənzil bazarında qiymətlər də artıb: “Bunlar bizim başımızı aldadırlar. Qorxurlar ki, yenə mitinq olacaq. Ona görə belə əl-ayağa düşüblər.

Mənim evim 18 kvadratdır. Bu pula lap Yasamalın icra başçısının dediyi kimi eləsəm, gedib Yeni Yasamalda ev götürmək istəsəm, necə alacam? Bu pul çatmır axı?! Yeni Yasamalda da təzə binalardır, gərək 10 min də təmirə xərcləyim".
***
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev isə təzminatın 1500 manatdan hesablanmasını ədalətli yanaşma sayır. Başçı “mediaforum” saytına deyib ki, evin hər kvadratmetri üçün 4 min manat tələb edirlər: “Bu realdırmı? Əvvəla, Bakıda kiməsə 1500 manatdan artıq pul verilibmi?

İkincisi, onlara deyildi ki, evinin kvadratı az sakinlərin probleminin həlli haqda düşünülür, bununla bağlı tədbir görüləcək. Bilirsiniz, kimlərsə onları öyrədir, kənardan müdaxilə edilir, müxalifət qızışdırır, aranı qatır. Əgər kimsə verilən kompensasiya ilə razı deyilsə, qane olmursa, narazıdırsa, pulu almasın".
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34