Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2020

Bağdadın “yaşıl zona”sı bombalandı

İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona”sına iki raket hücumu olub.

Bu barədə İraq hərbi qüvvələrinin məlumatında bildirilib.

İraq parlamentinin, hökumətin, eləcə də ABŞ və Böyük Britaniya səfirliklərinin yerləşdiyi “Yaşıl zona” adlanan ərazi Bağdadın mərkəzindədir. Həmin ərazi ABŞ və İraq ordusu tərəfindən güclü mühafizə olunur.

Qeyd edilib ki, ərazidə həyəcan siqnalları işə düşüb.

Hadisə nəticəsində ölən və yaralananlar haqda məlumat verilməyib.
282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP