Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

"WhatsApp"da zəng etmək mümkün olacaq

Hazırda messencer yalnız mesaj yazmağa və foto göndərməyə icazə verir, lakin ikinci rübdə həm də zəng etmək imkanı işə salınacaq

"WhatsApp"in yaradıcısı və baş direktoru Barselonada start götürən "Mobile World Congress" sərgisində deyib ki, "Facebook" tərəfindən 19 milyard dollara satın alınmış "WhatsApp" messenceri səs rabitə xidmətini işə salacaq. Hazırda messencer yalnız mesaj yazmağa və foto göndərməyə icazə verir, lakin ikinci rübdə həm də zəng etmək imkanı işə salınacaq.

Kum deyib ki, zəng etmək imkanı ilk öncə "Android" və "iPhone" platformalarında işə salınacaq. Bundan sonra funksiya "Windows Phone" qurğularında və "BlackBerry"nin bəzi modellərində əlçatan olacaq.

"Facebook"un sözügedən messenceri satın alması xəbərindən sonra sosial şəbəkənin səhmləri 2.67 faiz azalıb. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 4,6 milyard dollar azalaraq 168,26 milyard dollar olub.

"WhatsApp" ani mesajlarla mübadilə xidməti 100-dən çox ölkədə istifadə olunur. Tətbiq "iOS", "Android", "BlackBerry", "Symbian", "Windows Phone" və "Nokia S40" platformaları ilə işləyən qurğulara quraşdırılır./ictnews/
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı