Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Rafiq Əliyevə qarşı şok ittihamlar

Vəhabi cinahından keçmiş məmura daha bir həmlə - Rafiq Əliyevə qarşı şok ittihamlar seriyası

Mətbuata verdiyi açıqlaması ilə Azərbaycandakı vəhabilərin hədəfinə çevrilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev sanki arı yuvasına çöp soxmuş durumdadır. Belə ki, keçmiş məmura qarşı yeni ittihamlar səsləndirilib.

Bu barədə dia.az-ın eletron ünvnına daxil olan ittihamlar seriyasında Rafiq Əliyev hətta illər uzunu vəhabilərdən gəlir götürən bir şəxs kimi xarakterizə olunur. Rafiq Əliyevə xitabən təqdim olunan həmin bilgiləri diqqətinizə çatdırırıq:

“Rafiq Əliyev cənabları, Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən "İslam Liqası"-nın sədri Abdullah əl-Türkini yaxşı tanıyırsan. Azərbaycanda qonağın da olmuşdu və "İrşad" hoteldə qalırdı.

Abdullah əl-Türkinin gözünə girmək üçün ANS tv ilə danışdın və Abdullah Türki ANS-də bir saat çıxış etdi və bir saat vahhabi təliminin əsası olan TÖVHİD elmindən danışdı. Azərbaycanda şiələr və sünnilər şok olmuşdurlar ki, bu nədir...

Əsas məsələyə gəlim. Abdullah əl-Türkinin sadəcə, "İSLAM LİQASI"-nın sədri olduğuna görə yox, onun kimin qohumu olması səbəbindən çox yaxın əlaqə qurmağa can atırdın. Abdullah əl-Türkinin qızının əri hal-hazırda Səudiyyə Vəli Əhdi Salman ibn Abdul Əzizdir.

Abdullah əl-Türkiyə çox maraqlı təklif etmişdin. Unutma ki sən həmin təklifi edəndə mən də səninlə bir yerdə otaqda idim və ərəb dilini bildiyim üçün danışıqları başa düşürdüm. Sənə bunu ilk dəfə deyim ki, sənin Abdullah əl-Türkiyə etdiyin təklifi Allah Şükür Paşazadəyə mən xəbər vermişdim. O zaman mən şiə idim, amma indi sələfiyəm və sənin sirlərini açıram və açmağa davam edəcəm.

Abdullah əl-Türkiyə təklif etdin ki, Həcci QMİ-dən alıb, sənə versinlər və hər bir zəvvara görə ona 1000 dollar verəcəksən. Çünki biz əsas dövlət idarəsiyik və hətta deyirdin ki, QMİ heç nədir və DQİDK-dən QHT kimi qeydiyyatdan keçir.

Abdullah əl-Türki isə ərəb sayağı gülə-gülə cavab verdi ki, mən Həcclə məşğul olmuram və Həccdən pul qazanmaq mənim üçün olmaz. Biz əksinə Həccə gələnlər üçün pul xərcləyirik.

Sənin bu sözünü Paşazadəyə mən çatdırdım və ondna sonra sənin başına Şeyxin açmadığı oyun qalmadı.

Vəhabi cinahından keçmiş məmura daha bir həmlə - Rafiq Əliyevə qarşı şok ittihamlar seriyası 

Amma Abdullah əl-Türki dini qurumların başqa sahədə layihələrinə maliyyə ayırdı. Bunlardan birisi o idi ki, DQİDK həbsxanalarda marifləndirmə işləri aparacaq. Abdullah əl-Türki "İslam Liqası" vasitəsi ilə DQİDK-ə 60.000 dollar ayırdı.

O zaman DQİDK həbsxanalarda marifləndirmə işini hamı bilir. Əslində 60.000 dollardan sadəcə 10.000 dollar ayırdın və marifənrimə işini Azərbaycan dövlətinin hesabına etdin. Arada 50.000 dollar qazanmış oldun.

Çox yaxşı bilirsən ki, həbsxanalarda dini marifləndirmə üçün ərəblər çox maliyyə ayırırlar.

İndi deyirəm sələfilərdən pul qazanan kimdir biz yoxsa sən?”
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP